“Qələbə çox yaxındır” – AÇIQLAMAbackend

"Qələbə çox yaxındır" - AÇIQLAMA

“Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə növbəti şanlı qələbəsinə imza atmaqdadır”.

Bunu KONKRET.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, 30 ildir Azərbaycan xalqı bu günü gözləyirdi: “Ermənistan siyasi rəhbərliyi törətdiyi təxribatlarla Azərbaycanın səbrini daşırdı. 26 ildir ki, atəşkəs elan edilsə də, işğalçı Ermənistan bir gün belə olsun Bişkek protokoluna əməl etməyib. Əksinə, müxtəlif təxribatlarla atəşkəsi pozur, dinc sakinləri qətlə yetirir, mülki obyektləri dağıdırlar.

Bilirsiniz ki, sentyabrın 27-də şəhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı təxribatı nəticəsində 10-dan çox mülki vətəndaş yaralanıb, bir ailənin bütün üzvü qətlə yetirilib. Ölənlər arasında 2 azyaşlı məktəbli də var. Əlbəttə, bu, erməni vəhşiliyinin növbəti sübutudur. Hər kəsə bəlidir ki, Ermənistan işğal olunmuş torpaqlarımızda qeyri-qanuni məskunlaşdırma siyasəti aparır, Suriyadan, İraqdan və digər müsəlman ölkələrdən muzdlu terrorçu dəstələri Dağlıq Qarabağa yerləşdirirdi. Təbii ki, həmin terrorçulardan bizə qarşı törədilən təxribatlarda istifadə olunurdu.

Bu gün verilən rəsmi məlumatda Ermənistan tərəfində ölənlərin arasında Suriyadan və Yəməndən olan terrorçuların olması buna sübutdur. Təəssüf ki, 30 ildir işğalçıya lazım olan sərt münasibəti göstərməyən, ermənilərin işğal olunmuş torpaqlarımızda qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yuman beynəlxalq təşkilatlar və dövlətlər bu gün uğurlu əks-hücumu dayandırmağımızı istəyirlər. Unudurlar ki, biz heç kimin torpağını işğal etməmişik. Sadəcə öz torpaqlarımızı işğalçılardan təmizləyirik. Cənab Prezidentin vurğuladığı kimi erməni ölmək istəmirsə, torpaqlarmızdan rədd olsunlar”.

Deputat söyləyib ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşməni qorxuya salıb: “Dağlıq Qarabağdakı ermənilər qorxudan kütləvi şəkildə Ermənistana qaçırlar. Bilirsiniz ki, işğal altında olan 7 kənd, Murov və Talış yüksəklikləri düşməndən təmizlənib. Ordumuz tərəfindən düşmənə ağır zərbələr endirilməkdədir. Ermənilər təkcə yaşayış yerlərini deyil, silah-sursatlarını, hərbi texnikalarını atıb qaçırlar. Son günlər ermənilərin necə qorxaq millət olduqları ordumuz tərəfindən sübuta yetirildi. Bu gün vətəndaşlarımızda yüksək döyüş əhval-ruhiyyəsi var. Gənclərimiz döyüşmək üçün könüllü olaraq cəbhə bölgəsinə gedirlər. Azərbaycan xalqı bu gün Ali Baş Komandana və Ordumuza güvənir.

Əminəm ki, yaxın günlərdə növbəti qələbə xəbərlərini eşidəcəyik. Dağlıq Qarabağ və digər işğal olunmuş torpaqlarımız düşməndən təmizlənəcək. Qələbə bizimlədir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*