“Qərb Putinin öldürülməsini istisna etməməlidir” – Riçard Kempbackend

"Qərb Putinin öldürülməsini istisna etməməlidir" - Riçard Kemp

“Qərb Putinin öldürülməsini istisna etməməlidir”.

KONKRET.az “Daily Mail”ə istinadla xəbər verir ki, bunu Britaniya ordusunun keçmiş komandanı polkovnik Riçard Kemp deyib. O, Qərbin Vladimir Putinin öldürülməsi ehtimalını istisna etməməli olduğunu bildirib.

Kemp hesab edir ki, Putinin öldürülməsi minlərlə insanın həyatını xilas edə bilər, ona görə də NATO və Qərb müttəfiqləri bu ehtimalı istisna etməməlidir.

“Üsame ben Laden, “İslam Dövləti”nin başçısı Əbu Bəkr əl-Bağdadi və İran Respublika Qvardiyasının komandiri Qasım Süleymani Qərb üçün birbaşa təhdid idi. Onların hamısı bu təhdidlərə qarşı durmaq üçün öldürüldülər. Putin daimi və ölümcül təhlükədir və hakimiyyətdədir”, – deyə Kemp bildirib.
Putini devirmək, həbs etmək və ya mühakimə etmək olar, lakin Kempin fikrincə, bu mümkün deyil.

“Əgər iş qətldən gedirsə, bu, çoxları üçün xoşagəlməz ola bilərdi, lakin onun həyatı Ukraynada və başqa yerlərdə artıq öldürdüyü minlərlə insanın həyatından daha dəyərli deyil və gələcəkdə də öldürə bilər”, – zabit qeyd edib. .

O, həmçinin əmindir ki, Putinin oliqarxlarına kifayət qədər təzyiq “saray çevrilişinə” gətirib çıxara bilər.

Xatırladaq ki, daha əvvəl amerikalı senator Lindsi Qrem efirdə Vladimir Putini aradan götürməyə çağırmışdı.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*