Qətər: İrana qarşı kampaniyada iştirak etmirikbackend

Qətər: İrana qarşı kampaniyada iştirak etmirik

Qətər İrana qarşı hər hansı kampaniyada iştirak etmədiyini bəyan edib.

KONKRET.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında ölkənin İrana qarşı yönəlmiş hərbi və ya siyasi kampaniyada yer almadığı vurğulanıb. Bildirilib ki, Qətər yalnız özünümüdafiə hüququnu həyata keçirir və ölkəyə qarşı mümkün hücumların qarşısını almaq üçün tədbirlər görür.

Nazirlik həmçinin kütləvi informasiya vasitələrini Qətərlə bağlı məlumatlar yayarkən etibarlı və rəsmi Qətər mənbələrinə istinad etməyə çağırıb.

Rəsmi Doha regionda artan gərginlik fonunda mövqeyinin təhrif olunmamasının vacibliyini xüsusi qeyd edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*