Qırğızıstanda SU BÖHRANI: Hökumət qonşu ölkələrə xəbərdarlıq etdibackend

Qırğızıstanda SU BÖHRANI: Hökumət qonşu ölkələrə xəbərdarlıq etdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qırğızıstan hökuməti qonşularına yaxınlaşan su böhranı barədə xəbərdarlıq edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, “Toktoqul” su anbarında suyun səviyyəsinin çox aşağı düşməsi narahatlığa səbəb olub. Bu barədə Qırğızıstanın energetika və sənaye nazirinin müavini Taalaybek İbraev Bişkekdə keçirilən Mərkəzi Asiya Birləşmiş Enerji Sisteminin Koordinasiya Şurasının iclasında bildirib. Onun sözlərinə görə, hətta hökumətin gördüyü tədbirlər də istənilən nəticəni verməyə bilər. Bu isə öz növbəsində rayona gələn il vegetasiya mövsümünü uğurla keçməyə mane olacaq. Amma hələ hər şey itirilməyib. Belə ki, qonşu ölkələr Qırğızıstanın enerji sisteminə dəstək verməklə vəziyyətin yaxşılaşmasına kömək edə bilərlər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*