“Qiymətləri aşağı salın” – YAP-çıdan Tarif Şurasına MÜRACİƏTbackend

"Qiymətləri aşağı salın" - YAP-çıdan Tarif Şurasına MÜRACİƏT

“Tarif Şurasına təklif edirəm ki, pandemiyanı və karantini nəzərə alaraq vətəndaşların kommunal xərclərinin – su, işıq və qaz sərfiyyatınnın artmasını əldə əsas tutaraq müvəqqəti olaraq qiymətləri aşağı salsın. Bu, vətəndaşlara böyük kömək olardı”.

KONKRET.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev deyib.

“Karantin dövründə insanlarımızın maddi durumu ağırlaşır, gəlirləri aşağı düşür, ehtiyac səbəti azalır . Çox hörmətli Tarif Şurası, bəlkə düşünəsiniz” – M.Musayev müraciət ünvanlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*