Qızıl uzun müddət yüksək dəyərini QORUYACAQbackend

Qızıl uzun müddət yüksək dəyərini QORUYACAQ

Qızılın qısamüddətli dövrdə ucuzlaşacağı, uzunmüddətli dövrdə bahalaşacağı gözlənilir. Bu qənaətdə olan xarici ekspertlər hesab edir ki, qızılın ucuzlaşması səbəbindən onun satmağa tələsmək lazım deyil.

KONKRET.az bildirir ki, dünyanın əksər ölkələrində qızıl zinət əşyasından başqa həm də yığım vasitəsi kimi alınır. Buna görə də qızıl bahalaşanda ona olan tələb artdığı kimi, ucuzlaşdıqda da əks proses baş verir. Hazırda qızılın qiyməti əsasən aşağı səviyyədə seyr edir. Belə bir ehtimal mövcuddur ki, dünya iqtisadiyyatında sabitlik tam bərqərar olandan sonra qızılın dəyəri bir qədər də enəcək. Bu səbəbdən böyük miqdarda qızılı olan şəxslər, sərmayə şirkətləri risk etməmək üçün əllərində olan qızılı satmaq haqqında düşünür.

Amma bəzi sərmayəçilər tələsməməyi tövsiyə edir. Bu cür düşünənlərin fikrincə, qızılın qiymətində ani enmələr olacaq, amma uzun müddətdə qızıl bahalaşacaq.

İnvestorlara görə ABŞ Mərkəzi Bankının maliyyə siyasəti ilə bağlı həmlələrini zəiflətməsi, inflyasiyaya yaşıl işıq yandırması qızılı daha cazibəli sərmayə aləti kimi saxlayır.

Birjalarda yaxın aylarda səhmlərin, qiymətli kağızların bahalaşacağına dair proqnozlar var. Bu proqnozla əlaqədar bir çox insan indidən səhm və digər qiymətli kağızları almaq istəyir. Alıcılarda indi nağd vəsaitə daha çox ehtiyac yarandığından qızıl satmaq istəyənlər çoxalıb. Bu məqsədlər üçün qızılın satılması tövsiyə edilmir. sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*