Qondarma rejimin adı ilə Ukraynaya yardım göndərmək kimə və niyə lazımdır? – ÖZƏLbackend

Qondarma rejimin adı ilə Ukraynaya yardım göndərmək kimə və niyə lazımdır? - ÖZƏL

Rusiyanın öz nəzarətində olan, lakin beynəlxalq hüquqa əsasən hələ də Ukrayna ərazisi sayılan Donbasa qondarma “Dağlıq Qarabağ”ın adından humanitar yardım göndərməsi ciddi müzakirələrə səbəb olub. Azərbaycan tərəfi Rusiyanın separatçı rejimi ayrıca dövlət kimi təqdim etməsini və guya qondarma respublikanın Ukraynaya hərbi yardım göndərməsini kəskin qınayıb. Eyni zamanda rəsmi Moskvaya etiraz bəyanatı göndərilib. Bəs görəsən Rusiyanın belə bir addım atmasının səbəbi nədir?   

Mövzunu KONKRET.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, son zamanlar Azərbaycanın Ukrayna ilə yaxınlığı Rusiyanı belə bir addımı atmağa sövq edir: “Son zamanlar müdafiə istehkamlarının qazılması, müxtəlif tədbirlərin həyata keçirilməsi qondarma qurumu yenidən gündəmə gətirmək məqsədi daşıyır. Bu məsələdə isə sülhməramlı qüvvələr və onun rəhbərliyi böyük rol oynayır. Artıq Azərbaycanın siyasi rəhbərliyi bununla bağlı sülhməramlıların komandanlığına xəbərdarlıq edib”.

Qabil Hüseynli: “Human Rights Watch” təşkilatının hesabatı reallığı əks  etdirir

Qabil Hüseynli əlavə edib ki, Azərbaycan Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışdığı bir vaxtda həmin əraziləri həm sülhməramlılardan, həm də erməni quldur dəstələrindən təmizləyə bilər: “Azərbaycan müharibə istəmir və bu məsələlərin sülh yolu ilə həllinin tərəfdarıdır. Gec-tez buna nail olacağıq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*