Qonşu ölkədə “Honq Konq” qripi YAYILIR: Müalicəsi “Omicrondan” çətindirbackend

Qonşu ölkədə “Honq Konq" qripi YAYILIR: Müalicəsi "Omicron"dan çətindir

Gürcüstanda qripə yoluxma hallarının sayı artır. Bu il xəstələrin əksəriyyəti “Honq Konq” qripinə yoluxur.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İaşvili İvane Çxaidze bildirib.

Onun sözlərinə görə, ölkədə H3N2 virusu dövriyyədədir, H1N1 virusunun da yayılma halları var.

“Bu il Gürcüstanda qripin yayılması çox erkən başlayıb”, – Çxaidze bildirib.

Həkimlər dekabr-yanvar aylarında omikron koronavirus ştammının yayılması ilə eyni vaxtda qripə yoluxma hallarının pik səviyyəsini proqnozlaşdırır. Tibb işçiləri xəbərdarlıq edir ki, qrip və koronavirusun müalicə rejimi fərqlidir, ona görə də əvvəldən diaqnozun qoyulması vacibdir.

Bu qripin müalicəsinin xüsusən də kiçik uşaqlarda omicrondan daha çətin olacağı gözlənilir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*