Qoşqar Hacıyev vəfat etdibackend

Qoşqar Hacıyev vəfat etdi

Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyev vəfat edib. 

KONKRET.az xəbər verir ki, qazinin qohumlarının yaydığı məlumata əsasən, o, dünən axşam saatlarında dünyasını dəyişib.

Bildirilib ki, axşam vəziyyəti dəyişən qazi həkim müdaxilələrinə baxmayaraq həyatını itirib.

Qeyd edək ki, qazi həm Azərbaycanda, həm də Türkiyədə müalicəsini davam etdirirdi. Başında çoxsaylı qəlpələr olan Qoşqar Hacıyev uzun müddət komada qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*