Qubad İbadoğludan Vaaqn Xaçatryana dəstək: “Prezident seçilməsini istəyirəm”backend

Qubad İbadoğludan Vaaqn Xaçatryana dəstək: “Prezident seçilməsini istəyirəm”

Hakim Mülki Müqavilə partiyasından Ermənistan prezidentliyinə namizəd Vaaqn Xaçatryanı liberal dəyərlərin daşıyıcısı olan bölgə iqtisadçılarının toplantısından yaxından tanyıram. İqtisadi reallığı dəyərləndirən, regional inteqrasiyanın və sağlam rəqabətin veridiyi faydaları dərk edən pozitiv düşüncəli mütəxəssislərdəndir, açıq və demokratik fikirli iqtisadçıdır.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış iqtisadçı alim Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb. Qubad İbadoğlu Vaaqn Xaçatryanın Ermənistan İctimai TV-yə müsahibəsində səsləndirdiyi “Ermənistan vətəndaşları anlamalıdırlar ki, sülh həyat və inkişaf üçün yeganə variantdır. Hətta biz çox güclü olsaq da, sülhə can atmalıyıq, başqaları ilə münasibətlərdə bunu əldə rəhbər tutmalıyıq”, eləcə də “Ermənistan-Türkiyə arasında proses iqtisadi və siyasi münasibətlərə gətirib çıxaracaq” açıqlamalarını yüksək dəyərləndirdiyini deyib.

Qubad İbadoğlu - Günün Səsi

İqtisadçı alim əlavə edib ki, Vaaqn Xaçatryanın prezident seçilməsini istəyir: “Hesab edirəm ki, Vaaqn Xaçatryan prezident olarsa, bölgədə sülhün inkişafına, nəqliyyat əlaqələrinin və kommunikasiyaların bərpasına, bir sözlə qarşılıqlı inteqrasiyaya töhfələr verər” – deyə Qubad İbadoğlu fikirlərini tamamlayıb.

şviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*