Qurban Qurbanov: “Musa Qurbanlı oğlum olduğu üçün digərlərindən bir addım geridədir”backend

Qurban Qurbanov: "Musa Qurbanlı oğlum olduğu üçün digərlərindən bir addım geridədir"

“Onun əsas komandada oynaması ilə bağlı tələsmək lazım deyil. Hərənin öz vaxtı, hazır olma müddəti var. Oyunçunu vaxtında meydana buraxmalıyıq”.

KONKRET.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hazırda əvəzedici komandada çıxış edən oğlu Musa Qurbanlının əsas heyətə nə vaxt cəlb olunacağı ilə bağlı sualı cavablandırarkən deyib. O, futbolda özü üçün oğul, qardaş və ya bacıoğlu anlayışının olmadığını vurğulayıb: “Mənim prinsiplərimə görə, oğlum olduğu üçün Musa bir addım geridədir. Bu səbəbdən, meydana gec buraxılır. Digərlərinə daha çox üstünlük verirəm, nəinki Musaya. Üzərində çox çalışır. Layiq olduğu vaxt qarşısını kəsməyəcəyik. Oğlum olsun və ya başqa gənc futbolçu – gələcəkdə şans verəcəyik”.

Qurbanov “Qarabağ”ın bir neçə gənc futbolçusunun gələcəkdə əsas heyət üzvünə çevriləcəyini də əlavə edib: “Bizimlə hələ ötən yay Avstriya toplanışından bir yerdə olmuş 4-5 gənc var. Bir neçə ilə “Qarabağ”ın 3-4 nəfər gənc və bacarıqlı oyunçusu olacaq”.

Qeyd edək ki, Musa Qurbanlı Azərbaycan I Divizionunda ilk dövrəni 13 qolla ən yaxşı bombardir kimi başa vurub. (“Report”)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*