Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye Atom Elektrik Stansiyasının (AES) Rusiya qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı rusiyalılara müraciət edib.
KONKRET.az-ın məlumatına görə, onlar küçələrə çıxaraq yaşamaq istədiklərini söyləsinlər.
“Rusiya xalqı, mən sizə müraciət etmək istəyirəm, bu, necə mümkündür? Biz 1986-cı ildə Çernobıl fəlakətinin nəticələri ilə mübarizə apardıq. Partlayışlar nəticəsində qurbanları, Pripyatdan evakuasiyanı və 30 kilometrlik zonanı xatırlamalısınız. Bunu necə unutmaq olar?” – deyə o sualla müraciət edib.
Zelenski deyib ki, o faciəli günlərin xatirəsi hələ yaşayırsa, rusiyalılar öz hökumətlərinə yaşamaq istədiklərini deməlidirlər.
“Radiasiya Rusiyanın harada olduğunu bilmir”, – deyə Ukrayna lideri vurğulayıb.
Xatırladaq ki, Rusiya qüvvələri gecə saatlarında Zaporojye AES-i vurub. Yanğın baş verib. Rusiyanın Zaporojye AES-ə nəzarəti ələ keçirdiyi məlum olub.
