“35 saylı Xətai Üçüncü Seçki Dairəsinin qalibi hələ müəyyən edilməyib”.
KONKRET.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlayıb. Onun sözlərinə görə, həmin seçki dairələri üzrə lider namizədlər yaxın saatlarda açıqlanacaq.
Qeyd edək ki, 35 saylı Üçüncü Seçki Dairəsi ən aktiv seçicilərin olduğu dairə kimi yadda qalıb. Raif Arifoğlu ilə İqbal Ağazadə arasında ciddi mübarizə gedib. Exit Poll Rauf Arifoğlunu qalib elan etsə də, MSK qalibin adını müəyyən etmək üçün ciddi araşdırmalara başlayıb.
Belə ki, sözügedən dairədən MSK-ya qanun pozuntuları ilə bağlı müraicətlər daxil olub.
