“Rayonlarda mülkiyyəti olan şəxslərin gediş-gəlişinə icazə ilə bağlı istisna hal yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
H.Hacıyev təhlükə yaradaca biləcək bir durum olarsa, həmin şəxslərin ərazi üzrə dövlət qurumlarına müraciət edə biləcəklərini bildirib:
“Hər hansı bir təhlükə olarsa, polis orqanlarına, FHN-ə müraciət edə bilərlər. Əminəm ki, bu istiqamətdə vətəndaşlara lazımi kömək göstəriləcək”.
