“Rəhbər işçilər arasındakı hörmətini qorxu ilə təmin etməməlidir”backend

“Rəhbər işçilər arasındakı hörmətini qorxu ilə təmin etməməlidir

“Öz sözünü qəbul etdirmək üçün gənc rəhbərlərin artıq dərəcədə avtoritar və diktatorial reaksiyalar göstərməsi yanlışdır”.

KONKRET.az xəbər verir ki, bunu Valyuta.az-a idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir söylədi.
A.Kandemir deyir ki, şəxslərin özlərinin rəhbər olduqlarını sübut etmək üçün əmr formasında danışıq tərzi sərgiləmələri doğru yanaşma deyil: “Dinləmədən “İzahatını yaz, töhmət verərəm, rədd ol çölə” tərzində reaksiyalarla gənc rəhbərlərin hakimiyyət qurmaq anlayışı ilə öz sözlərini qəbul etdirmək niyyəti rəhbərə də, işçilərə də, şirkətə də böyük zərər verir. Bir rəhbərin işçilərin hörmətini qazanmaq üçün bunları etmək yerinə xarakterini, insanlığını, iş haqqında biliklərini ortaya qoyması, sərgiləməsi lazımdır. Bir rəhbər bunları etdiyi halda, təbii olaraq işçilər ona hörmət qoymağa başlayacaq. Ancaq bir rəhbər işçilər arasındakı hörmətini qorxu ilə, avtoritar üsulla təmin etməyə çalışsa, bu zaman məhsuldar, sədaqətli, xoşbəxt bir komanda qurmaq mümkün olmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*