Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində kadr dəyişikliyi oldubackend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində kadr dəyişikliyi oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Anar Qasımov vəzifəsindən azad edilib.

KONKRET.az-ın “Report”a istinadla məlumatına görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.

Nazirin digər əmri ilə onun yerinə bu vəzifəyə Ceyhun Hüseynzadə təyin edilib.

Bu təyinata qədər C.Hüseynzadə adıçəkilən şöbədə müdir müavini vəzifəsində çalışıb.

A.Qasımov isə “Azercell Telekom” MMC-nin transformasiya proqram meneceri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*