Rəşad Atakişiyevin məzar daşı hazırdır – Fotobackend

Rəşad Atakişiyevin məzar daşı hazırdır - Foto

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin məzar daşı hazırlanıb.

Konkret.az Unikal.org-a istinadən xəbər verir ki, pilotun məzarı üzərinə fotosu qoyulub, sinə daşı Azərbaycan bayrağı ilə örtülüb.

Şəhid Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli Unikal.org-a bildirib ki, məzar daşı dövlət tərəfindən sifariş verilərək hazırlanıb:

“Hazırda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı istintaq gedir. Bizə verilən məlumata görə, Rəşad Atakişiyevin ailəsi xüsusi mükafatla təltif ediləcək.

Çünki o, döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Həmçinin Rəşadın ailəsinə onun hərbçi kimi sığorta pulunun ödənilməsi qərarı da verilib. Yaxın günlərdə həmin ödəniş ailəsinə təqdim olunacaq”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*