Rəsmi Bakıdan Lüksemburq XİN başçısına SƏRT CAVABbackend

Rəsmi Bakıdan Lüksemburq XİN başçısına SƏRT CAVAB

“Lüksemburq Xarici İşlər naziri Jan Asselborn ilk dəfə deyil ki, Azərbaycan ilə bağlı qərəzli, tamamilə əsassız və bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət etməyən bəyanatlarla çıxış edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Lüksemburq Parlamentinin üzvünün suallarına cavabında Jan Asselbornun erməni propaqandasının tezislərini təkrarladığı diqqətdən yayınmır:

“Yaxşı olardı ki, Lüksemburq Xarici İşlər naziri digər bölgələrdəki vəziyyətlə bağlı açıqlama vermədən öncə təmsil etdiyi ölkənin etibarlılığına xələl gətirməmək adına ən azı mövcud həqiqətlərlə tanış olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*