backend

Rəsul Quliyev: "ABŞ Ermənistanı Rusiyanın təsirindən çıxarmaq üçün belə edir"

“Azərbaycanda yerləşmiş müxtəlif ölkələrin diplomatik korpuslarının Şuşaya səfəri Azərbaycan diplomatiyasının çox mühüm qələbəsidir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rəsul Quliyev özünün Facebook səhifəsində yazıb.

O bildirib ki, “Bu səfərin bir adı var dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın öz torpaqlarını azad etməsini dəstəklədi, Azərbaycanın öz torpaqlarının ağası olduğunu bir daha vurğuladı, Qarabağda yaşayan erməni millətindən olan vətəndaşlarına hansı statusun veriləcəyinin Azərbaycanın daxili siyasəti olduğuna işarə vurdu.

ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşaya getməməsini müxtəlif istiqamətdə və fikrimcə səhv yozanlar vardır. Bunu ikili standart adlandıranlar səhvə yol verirlər, çünki hər ölkənin Şuşaya getməmək səbəbləri fərqlidir.

ABŞ Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyir. Getməməklə Ermənistana yanındayam qorxma Rusiyadan aralan mesajını verir. Fransa gələn ilin prezident seçkilərində erməni fransızlar və onların tərəfdarlarının səslərini qazanmaq istəyir. Rusiya Azərbaycana “Məni hesabdan silmək olmaz, istənilən vaxt siyasətimi dəyişə bilərəm” mesajı göndərir. Həm də rus onsuzda o bölgədə real yerləşib və faktiki Laçın tərəfdən Şuşa yolu və kiçik əraziyə nəzarət edir.

Mənə elə gəlir, bu ölkələr yuxarıda sadaladığım səbəblərdən ora səfirlərini göndərməyiblər. ABŞ və Fransa artıq Azərbaycanı dəstəklədiyini bildirib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*