“Reuters” müxbirləri Kəlbəcərdəki erməni vandalizmindən dəhşətə gəldilər – REPORTAJbackend

"Reuters" müxbirləri Kəlbəcərdəki erməni vandalizmindən dəhşətə gəldilər - REPORTAJ

Hələ bir həftə əvvəl Azərbaycan qoşunları ilə vuruşduğu kamuflyaj formasını geyinmiş, erməni dğyüşçü Arsen şənbə günü kiçik Çarektar kəndindəki bacısının yemək masasının altında od yandırdı.

Alov karton zolaqlarla əhatə olunmaqla taxta kresloya keçib və bir mərtəbəli evin pəncərələrini və çarşafları yanaraq qısa müddətdə bütün evi bürüdü..

“Onsuz da sabah səhər azərbaycanlılar burda olacaqlar. Onlara qaytarmaqdansa qoy yansın. Görüm onlar burda necə yaşıyacaqlar”, – deyə Arsen bildirir. Alov isə bütün evi bürüyür…

6 həftəlik uğurlu döyüş əməliyyatlarından sonra Azərbaycan 3 ölkə başçısının imzaladağı anlaşmaya əsasən sabahdan bu torpaqlara qayıdır. Ermənilərsə 25 ildən artıq əllərində saxladıqları əraziləri xoşluqla vermək istəmirlər. Məcburiyyət qarşısında qaldıqları üçünsə hər şeyi talayıb, od vururlar. Çarektar Dağlıq Qarabağla həmsərhəd olan Azərbaycanın Kəlbəcər bölgəsində kiçik bir dağ kəndidir. Dünyada Azərbaycanın bir hissəsi kimi tanınan bu ərazilər 90-cı illərdə birinci Dağlıq Qarabağ müharibəsindən sonra  ermənilər tərəfindən idarə olunurdu. Lakin bazar günü azərbaycanlılar geri qayıdaraq əraziyə nəzarəti bərpa edəcəklər….

Soyadını deməkdən imtina edən 35 yaşlı Arsen özü və digər  ermənilərin azərbaycanlılara faydalı bir şey qoymaq istəmədiklərini söylədi.

“Öz evlərini sıfırdan tikməli olacaqlar”, – deyə o vurğuladı.

Şənbə günü “Reuters” müxbirləri Çarektar kəndinin təxminən yarısında evlərin yandığını gördülər.

Adını söyləməkdən imtina edən bir erməni yaxınlıqda ev əşyaları yüklənmiş yük maşınlarına tələsdiyini və əllərindən gələn qədər tərk etdikləri əraziləri xaraba qoyduqlarını söylədi..

Ermənistanın bəzi sakinləri, bəlkə də son dəfə buraları görmək və kəndin yandırılmasına şahidi olmaq üçün şənbə günü əraziyə gəliblər.

Erməni qadınlar göz yaşlarına saxlaya bilməyib.

Arsen sülh müqaviləsini digər silahdaşlarınrdan öyrəndiyini deyir: “Məni çağırıb dedilər: evə get və nəyin varsa, hər şeyi götür. Onlar (azərbaycanlılar) bölgəyə on beşinə (noyabr) qədər girməlidirlər”.

Dediyinə görə, o və həyat yoldaşı dörd uşağı ilə Ermənistana getməyi və orada mənzil kirayə götürməyi planlaşdırıblar.

Özünün və digər kənd sakinlərinin niyə qalmaqdan qorxduqlarını soruşduqda, o, azərbaycanlılardan çəkindiklərini dedi.

“Bütün məzar daşlarını (qohumlarımızın) burada qoyuruq. Kabus bunun üçün doğru söz deyil. ”

“REUTERS” 14 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*