Rihannaya Milli Qəhrəman adı verildi – VİDEObackend

Rihannaya Milli Qəhrəman adı verildi - VİDEO

Məşhur müğənni Rihanna Barbados respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Barbadosun Baş naziri Mia Motli deyib.

“Robin Rihanna Fenti, millətimiz adından səni Barbadosun milli qəhrəmanı elan edirəm. Almaz kimi parlamağa və ölkəmizin fəxri olmağa davam et”, – baş nazir bildirib.

Fəxri ad müğənniyə Barbadosun müstəqilliyinin elan edilməsi mərasimində iştirak edərkən verilib.

Qeyd edək ki, 1988-ci ildə Barbadosda anadan olan Rihanna müğənnilik karyerasını davam etdirmək üçün 16 yaşında ABŞ-a köçüb. O, doqquz “Qremmi” musiqi mükafatının sahibi və dünyada ən çox mahnı diskləri satılan sənətçilərdən biridir. Rihanna 20 sentyabr 2018-ci ildə Barbadosun ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri olub.

Yeri gəlmişkən, Barbados Britaniya tacının hökmranlığını rəsmən pozaraq respublika oldu, qubernator general Sandra Meyson ilk prezident kimi and içdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*