“Barselona”nın keçmiş yarımmüdafiəçisi Rivaldo Katalan komandasının tərkibində kimin Lionel Messini əvəz edə biləcəyini söyləyib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Goal nəşri yayıb.
Komandanın sabiq oyunçusu hesab edir ki, “PSJ”nin braziliyalı oyunçusu Neymar Messini əvəz edə bilər.
Futbolçular 2017-ci ildə braziliyalı Paris komandasına keçməmişdən əvvəl “Barselona”da birgə çıxış ediblər.
Rivaldo “Klub Messiyə kömək etmək və lazım olduğunda onu əvəz edə biləcək birini axtarmalıdır və mənim fikrimcə, yalnız Neymar belə oyunçudur” deyib.
“Barselona”nın sabiq futbolçusu Messi ilə Abidal arasındakı münaqişə barədə danışıb.
Babək Göyüş
KONKRET.az
