Roma Papası Suriyada öldürülən ermənilərə dua etdibackend

Roma Papası Suriyada öldürülən ermənilərə dua etdi

Roma Papası Fransisk Erməni Katolik Kilsəsinin keşişi Hovsep Petoyan və onun atası Abram Petoyanın öldürüldüyü Suriyanın Qamışlı bölgəsindəki erməni katoliklərinə dəstəyini ifadə edib.

KONKRET.az bildirir ki, Twitterdəki mikrobloqunda, Roma Papası Fransis xüsusi olaraq yazıb: “Mən dünən atası ilə öldürülən pastor Hovsep Petoyanla vidalaşan Qamışlının erməni katoliklərinə dəstək olduğumu ifadə edirəm. Mən onlar üçün, onların ailələri üçün və Suriyada yaşayan bütün xristianlar üçün dua edirəm”.

Xatırladaq ki, Suriyanın Qamışlı şəhərində (Hasake əyaləti) katolik ermənilərin mənəvi lideri olan keşiş Hovsep Petoyan və onun atası keşiş Abram Petoyanın öldürülməsinin məsuliyyətini İŞİD terror təşkilatı üzərinə götürmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*