Roqozin “Get McDonalds-da işə düzəl” təklifinə görə amerikalı astronavtı TƏHQİR ETDİ – FOTObackend

Roqozin “Get McDonalds-da işə düzəl" təklifinə görə amerikalı astronavtı TƏHQİR ETDİ - FOTO

Roskosmosun rəhbəri Dmitri Roqozin amerikalı astronavtları ağır sözlərlə açıq şəkildə təhqir edib.

KONKRET.az xəbər verir ki, Roskosmosun rəhbəri Dmitri Roqozin ədəb normalarına uyğun gəlməyən terminologiyadan istifadə edərək, amerikalı astronavtları açıq şəkildə təhqir etməyə keçib. O, bu barədə öz Tvitter hesabında paylaşım edib.

Roqozinin sərt və ədəbsiz reaksiyasına səbəb amerikalı kosmonavt Skott Kellinin Roskosmos rəhbərinin  idarəçilik qabiliyyətini tənqid etməsi və ona “McDonalds-da işə düzəlmək” təklifi etməsi olub.

Bundan əvvəl Dmitri Roqozin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar ABŞ-ın elan etdiyi sanksiyalardan narazılığını davamlı olaraq bildirərək, bu yaxınlarda isə ABŞ-ın sanksiya siyasəti haqqında alçaldıçı sözlər danışıb.

Amerikalı astronavt Roqozinin hücumlarına dözə bilməyib. Kelli sırf rus dilində Roqozinə cavab verib. O, Rusiya kosmik proqramının xaricdən əlavə investisiyalar olmasa heç bir dəyəri olmadığını izah edib.

“Dimon, bu bayraqlar və onların gətirdiyi valyuta olmadan, sizin kosmik proqramınızın heç bir dəyəri olmayacaq. Bəlkə McDonald’s Rusiyada hələ də mövcuddursa, McDonald’s-da iş tapa bilərsiniz”, – deyə Kelli Twitter-də yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*