Rostovdakı qəzada ağır yaralanan azərbaycanlılardan biri Stavropola gətirildi – FOTOLARbackend

Rostovdakı qəzada ağır yaralanan azərbaycanlılardan biri Stavropola gətirildi - FOTOLAR

Stavtropol Vilayəti Azərbaycanlıları Cəmiyyətinin prezidenti Fəxrəddin Yarıyev Stavropol 4 saylı Klinik Xəstəxanada reanimasiya şöbəsində bu yaxınlarda Rostov şəhəri yaxınlığında qəzaya düşən azərbaycanlılardan biri Babaşah Həşimova baş çəkib, onun səhhətilə maraqlanıb, yaralıya bütün yardımların edilməsi üçün diqqətdə saxlayacağını bildirib.

Diaspor rəhbəri sonra baş həkimlə görüşüb. Qeyd edək ki, xəstənin vəziyyəti ağır olduğu üçün Stavropola gətirilib. Klinikada xəstə onurğa sütunundan əməliyyat olunub. Vəziyyəti ağır stabil qiymətləndirilir.

SƏNAN

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*