Rumıniya Prezidenti: “Düşünürük ki, NATO Ukraynadakı münaqişəyə cəlb olunmayacaq”backend

Rumıniya Prezidenti: “Düşünürük ki, NATO Ukraynadakı münaqişəyə cəlb olunmayacaq”

Rumıniya Prezidenti Klaus Yohannis Rumıniya-Ukrayna sərhədindəki vəziyyəti humanitar fəlakət kimi xarakterizə edib.

KONKRET.az-ın xəbərinə görə, dövlət başçısı bu açıqlama ilə Siret şəhərindəki qaçqın düşərgəsinə baş çəkdikdən sonra çıxış edib.

“Bu humanitar fəlakət yüz minlərlə ukraynalını evlərindən qaçıb Rumıniyaya sığınmağa məcbur edib. Bizim təxminlərimizə görə bu vəziyyət hələ uzun müddət davam edəcək. Hmanitar böhran dərinləşərsə həm burada, həm də Ukraynada böyük yardıma ehtiyac yaranacaq”, – deyə dövlət başçısı vurğulayıb.

“Biz belə düşünürük ki, münaqişə genişlənməyəcək, nə NATO, nə də Rumıniya bu münaqişəyə cəlb olunmayacaq”, – deyə Yohannis bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*