Rumıniyada koronavirus xəstəxanasında yanğın: Çox sayda ölən və yaralananlar varbackend

Rumıniyada koronavirus xəstəxanasında yanğın: Çox sayda ölən və yaralananlar var

Rumıniyanın Piatra-Neamt şəhərində koronavirus xəstələri olan xəstəxanada yanğın baş verib.

KONKRET.az xəbər yayır ki, nəticədə, 10 nəfər həyatını itirib.

Digər 10 nəfər yaralanıb, onlardan yeddisinin vəziyyəti ağırdır. Xəstələri reanimasiyadan qurtarmağa çalışan növbətçi həkim birinci və ikinci dərəcəli yanıqlar alıb. Digər həkim və iki tibb bacısının da yanıq xəsarətləri var.

Yanğın reanimasiya şöbəsində başlayıb. Ölkənin Səhiyyə Nazirliyinin ilkin versiyasına görə, yanğına qısaqapanma səbəb olub.

Ölkə prokurorluğu cinayət işi başladıb.oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*