“Rusiya Artsaxı müdafiə etməlidir. Artsax Rusiyanı müdafiə edir!” bu kimi sərsəm şüarlar artıq qulaqlarımızı yağır edib. Bu çağırışlar fonunda Ermənistan hakimiyyəti Qərblə yaxınlaşma kursundan əl çəkmir. Digər tərəfdən, İrəvan rus əsgərlərinin dəstəyi ilə Dağlıq Qarabağın “artsaxlaşdırılmasına” nail olmaq istəyir. Məntiqlidirmi? Xeyr, amma burada məntiq axtarmağa ehtiyac yoxdur. Çünki Ermənistanın baş naziri bu yaxınlarda Aleksandr Lukaşenkonun silah arsenalından ən yaxşı texnikaları öyrəndi. Bundan sonra da “ruslar kömək etmirsə,” NATO əsgərləri “kömək edəcəkdir”, – dedi.
KONKRET.az xəbər verir ki, bu sətirlər Rusiyanın populyar “Dni.ru” portalında tirajlanmış analitik yazıdan götürülüb.
Məqalədə daha sonra deyilir: “Şübhəsiz ki, heç kim Şimali Atlantika İttifaqının cəsur əsgərlərinin, eləcə də İspan inkvizisiyasının birbaşa müdaxiləsini gözləmir. Sadəcə Ermənistan rəhbərliyi Moskvaya göstərmək istəyir ki, əgər Rusiya sülhməramlıları Dağlıq Qarabağa göndərməsə, o zaman Ermənistan Rusiyadan uzaqlaşmağa davam edəcək. Bu mifik “NATO əsgərlərinə” üz tutacaq.
Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə İngiltərənin “Daily Telegraph” qəzetinə Qarabağda rus sülhməramlılarına ehtiyacı olduğunu bildirdi. Köhnə lətifədə deyildiyi kimi “Əziz qardaş, nəhayət sənə yazmaq üçün vaxt və yer tapdım”.
Bundan əlavə, ermənilər rus qardaşlarına deyir ki, əgər biz itirsək, Rusiya Zaqafqaziyadakı rolunu itirəcək.Üstəlik biz Qafqazdakı sivilizasiyanın son qalası və rusları türk təhdidindən qoruyan həqiqi “mücahidlərik”. Yəni ermənilər özlərini Papadan daha müqəddəs “olduqlarını” rusların gözünə soxur.
Doğrudur, Türkiyə Rusiya üçün tam olaraq qardaş bir ölkə deyil, lakin son illərdəki bütün fikir ayrılıqlarına baxmayaraq, Ərdoğanla bir çox məsələlərdə razılığa gəlməyi bacarmışıq.
Və ən nəhayət. Ermənistan bütün vasitələrlə Rusiyanı Qarabağ savaşına tərəf kimi qatmaq istəyir. Əks təqdirdə Ermənistan başqa yolu tutub Qərbə gedəcəyini söyləyir. Əlbətdə ki, Rusiyasız Qarabağ savaşından sağ çıxsa,”- deyə portal yazını yekunlaşdırıb.
Surxay Atakişiyev,
KONKRET.az