Rus ordusu aerodroma zərbə endirdi – 7 nəfər öldübackend

Rus ordusu aerodroma zərbə endirdi - 7 nəfər öldü

Rusiyanın işğalçı qüvvələrinin Kropivnitski yaxınlığındakı hərbi aerodroma endirdiyi aviazərbələr nəticəsində 7 nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə Kirovoqrad vilayətinin dövlət administrasiyasının sədri Andrey Raykoviç videomüraciətində bildirib.

“Hərbi aerodroma dünənki raket zərbələri nəticəsində təəssüf ki, 7 nəfər ölüb. İnfrastruktur zədələnib. Zərbələr o qədər güclü olub ki, hətta bütün Kropivnitskidə eşidilib”, – Raykoviç deyib.

Xatırladaq ki, martın 12-də Kanatovo hava limanına Rusiya zərbələr endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*