Rus ordusu Mariupolda 2187 nəfər dinc sakini öldürdübackend

Rus ordusu Mariupolda 2187 nəfər dinc sakini öldürdü

Rusiya ordusu artıq Mariupola 100-ə yaxın aviabomba atıb, nəticədə 2187 sakin həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası Teleqramda yazıb.

“Mariupol hər gün rusların hava hücumlarından əziyyət çəkir. 24 saat ərzində dinc şəhərə təxminən 22 bomba atılıb. Ümumilikdə isə şəhərə 100-ə yaxın aviabomba atılıb. Bu günə qədər Mariupolun 2187 sakini Rusiyanın hücumları nəticəsində həlak olub”, – məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*