Rus ordusunun İKİ SEÇİMİ VAR: – “Ya sülh müqaviləsi, ya da axıradək qıracağıq” – Arestoviçbackend

Rus ordusunun İKİ SEÇİMİ VAR: - "Ya sülh müqaviləsi, ya da axıradək qıracağıq" - Arestoviç

Arestoviç müharibənin aktiv mərhələsinin başa çatması üçün yeni müddət açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Rada telekanalında danışıb. O deyib ki, müharibənin aktiv fazası aprelin ortalarında başa çatacaq.

“Bundan əlavə, Rusiya ordusunun qarşısında iki seçim var – ya sülh müqaviləsi bağlanacaq ya da partizan müharibəsi başlayacaq. Biz sülh müqaviləsini diktə edəcəyik”, – deyə Arestoviç bildirib.

O, əlavə edib: “Partizan müharibəsi başlayarsa, sülh müqaviləsinə razı olmasalar, hamını sona qədər öldürəcəyik. Amma bizim də çox itkimiz olacaq. Ona görə də bizim iki seçimimiz var: onları tamamilə qıracağıq, ya da sülh müqaviləsi. Görək nə olacaq və necə olacaq”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*