Rus qırıcısı “Bayraqdar”a hücum etdi – VİDEObackend

Rus qırıcısı “Bayraqdar”a hücum etdi – VİDEO

Qara dəniz üzərində ABŞ-ın MQ-9 Reaper PUA-sına toxunaraq, onun dənizə düşməsinə nail olan Rusiya qırıcılarının bu dəfə Ukraynanın arsenalında olan “Bayraqdar TB2” PUA-sına hücum etdiyi üzə çıxıb.

KONKRET.az Türkiyə mediasına istinadla xəbər verir ki, Su-27 olduğu ehtimal edilən Rusiya qırıcısının müdaxiləsi “Bayraqdar”ın kamerası ilə qeydə alınıb və paylaşılıb.

Bildirilir ki, Krım yarımadası üzərində baş verən insident zamanı “Bayraqdar” özünü qorumağı bacarıb və qısa titrəyişdən sonra yoluna davam edib.

Rusiya qırıcısının “Bayraqdar TB2” PUA-sını niyə raketlə vurmadığı bilinmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*