Rusiya Avropa Şurasından çıxmaqla nələrdən məhrum oldu? – ÖZƏL AÇIQLAMAbackend

Rusiya Avropa Şurasından çıxmaqla nələrdən məhrum oldu? - ÖZƏL AÇIQLAMA

Rusiya bundan sonra Avropa Şurasında yer almayacaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Buna səbəb isə Rusiyaya dost olmayan Avropa İttifaqı ölkələrinin Moskvaya qarşı ayrı-seçkilik siyasəti həyata keçirmələridir. Bəs Rusiyanın Avropa Şurasından çıxmasının həm rəsmi Kreml, həm də Avropa Şurası üçün hansı müsbət və ya mənfi təsirləri olacaq?.

Mövzunu KONKRET.az-a politoloq Əlimusa İbrahimov şərh edib. O bildirib ki, Xarici İşlər Nazirliyinin bəyanatının Rusiyanın Avropa şurasından çıxması anlamına gəlib-gəlməməsi haqqında əlavə məlumat yoxdur: “Amma Avropa Şurası Baş Katibinin mətbuat üzrə nümayəndəliyindən Rusiyanın qurumdan çıxması haqqında rəsmi müraciət daxil olmadığını bəyan ediblər. Görünən odur ki, Rusiya bu addımı atmaqda tərəddüdlüdür. Yaxud o, Avropa Şurasının Rusiya ilə münasibətdə mövqeyini öyrənmək üçün dezinformasiyadan istifadə edib. Qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna münaqişəsi fonunda rəsmi Kremlin bu qurumdan çıxarılmasının vacibliyi haqqında fikirlər səsələndirilirdi. Bəlkə də Rusiya onun adıçəkilən qurumdan gec-tez çıxarılacağından şübhələnərək qarşılayıcı tədbir görür”.

Əlimusa İbrahimov: Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan  yolda ən uğurlu əməliyyat idi - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Əlimusa İbrahimov əlavə edib ki, Rusiyanın Avropa Şurasından çıxarılması istənilən halda müsbət addım deyil: “Bu, həm Rusiya, həm də Avropa Şurası üçün müsbət addım kimi dəyərləndirilə bilməz. Avropa Şurası bununla Rusiyaya təsir etmək mexanizmlərindən birini itirir. Rusiya vətəndaşları da bununla Avropa İnsan hüquqları Məhkəməsinə müraciət etmək imkanından məhrum olur. Rusiya Avropa Şurasından çıxmaqla Qərblə bağlı digər beynəlxalq təşkilatlarda da fəaliyyətini dayandırır. Bu da öz növbəsində onun aparıcı dünya dövlətlərindən təcrid olunacağı anlamına gəlir. İndiki şəraitdə Rusiya üçün bu heç də arzuolunan nəticə deyil”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*