“Rusiya Belarusdan “könüllülər” toplayır” – Ukrayna Baş Qərargahıbackend

"Rusiya Belarusdan “könüllülər” toplayır" - Ukrayna Baş Qərargahı

“Rusiya ordusu Belarus ərazisindən qondarma “könüllülər” toplayır”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb.

Qərargahın məlumatını təqdim edirik:

“Belarus Silahlı Qüvvələri ölkənin bütün ərazisindəki poliqonlarda əməliyyat və döyüş hazırlığı keçirir. Ukrayna-Belarus sərhədinin mühafizəsinin gücləndirilməsinə 4-ə qədər tabor taktiki qrupu cəlb olunub. Belarus ərazisindən Ukraynanın hərbi və mülki infrastrukturuna hava zərbələri endirilməsi ehtimalı hələ də qalır.

İşğalçı qüvvələrin bölmələri səylərini Popasna və Rubijne yaşayış məntəqələrini nəzarətə götürmək və Mariupol şəhəri üzərində nəzarəti bərqərar etmək üzərində cəmləşdirir. Əksər istiqamətlərdə hücum əməliyyatları davam edir.

Bryansk və Kursk vilayətlərinin ərazisində Rusiyanın Mərkəzi Hərbi Dairəsi bölmələrinin döyüş hazırlığının bərpası başa çatdırılır. Xarkov istiqamətində düşmən Xarkov şəhərini mühasirəyə almağa çalışır. Qoşunlarımızın irəliləməsinin qarşısını almaq üçün işğalçılar əraziləri minalayırlar.

Donetsk və Luqansk vilayətləri ərazisində bir sutka ərzində düşmənin yeddi hücumu dəf edilib. Ötən gün Rusiyaya məxsus 4 tank, 2 artilleriya sistemi, 10 zirehli bölmə və 11 texnika məhv edilib.

Ruslar Rubijne, Popasna, Nijne, Novotoşkivske, Zolote və Borivske yaşayış məntəqələrinə hucum edib. Lakin onların hücumları nəticəsiz qalıb.

Rusiya işğalçılarının əsas səyləri Mariupolun ələ keçirilməsinə, İzyum şəhəri ərazisinə hücuma və Donetsk istiqamətində Birləşmiş Qüvvələrin müdafiəsini yarmağa yönəlməkdə davam edir. Yujnobuq yasaqlığı istiqamətində düşmən qoşunlarımızın irəliləməsinin qarşısını almağa çalışır”.

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*