“Bizim 10 il gözləməyə və bu şeylərə milyardlarla dollar xərcləməyə ehtiyacımız yoxdur”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Yunanıstanın “Katimerini” qəzetinə verdiyi müsahibəsində bildirib.
Şərqi Aralıq dənizi qaz kəməri (EastMed) layihəsindən dəstəyini geri çəkən ABŞ-ın bərpa olunan enerji məbələrinə müraciət etməyə çalışdığını bildirən Nuland “biz qazı indi gətirməliyik, 10 ildən sonra kəmər istəmirik” deyib.
Nuland Şərqi Aralıq dənizinin Şimali Avropa üçün enerji dinamosu rolunu oynaya biləcəyini qeyd edib: “Bütün regionun enerjiyə ehtiyacı var. Rusiyadan bu keçidi tez etməliyik, çünki onlar bizim üçün etibarsız təchizatçı və əxlaqsız tərəfdaşdır”.
İqbal Rzayev,
KONKRET.az
