“Rusiya Çerniqovda əhalini girov götürür və mülki vətəndaşları edam edir” – Ukrayna MNbackend

"Rusiya Çerniqovda əhalini girov götürür və mülki vətəndaşları edam edir" - Ukrayna MN

“Rusiya ələ keçirdiyi ərazilərdə fəal təbliğat kampaniyası aparmağa başlayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, Rusiya Ukraynanın Xerson vilayətində adminstrativ-polis rejimi qurmağa cəhd göstərir.

Rəsmi informasiyaya görə, Rusiya hərbçiləri Çerniqov vilayətində itki verməkdə davam edir:

“Rəqib ayrı-ayrı yaşayış məntəqələrində beynəlxalq humanitar hüquq normalarını pozaraq qarət edir, girov götürür və mülki vətəndaşları edam edir”.

Məlumata əsasən, Rusiyanın Rostov vilayətində islah-əmək müəssisələrində məhbuslara amnistiya qarşılığında Ukraynada döyüşmək təklif olunur.

Bildirilib ki, Ukraynanın Silahlı Qüvvələri Rusiya ordusunun hücum əməliyyatlarının qarşısını alır və cavab verir.

Xatırladaq ki, bu gün, martın 11-i Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların 16-cı günüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*