Rusiya diplomatları bu ölkələrdən QOVULUR – Rəsmi Moskvadan CAVABbackend

Rusiya diplomatları bu ölkələrdən QOVULUR - Rəsmi Moskvadan CAVAB

İtaliya Rusiyanın 30, Danimarka isə 15 diplomatını ölkədən çıxarır.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, artıq məsələ ilə bağlı qərar qəbul olunub, icrası yaxın zamanlarda baş tutacaq.

Danimarka XİN bu qərarının Avropa ölkələri ilə həmrəylik nümunəsi və təhlükəsizliyin təminatı üçün alındığını bildirib.

Rusiyadan İtaliya və Danimarka hökumətlərinin qərarlarına reaksiya gecikməyib. Belə ki, Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova müvafiq cavab tədbirlərinin görüləcəyini deyib.

Qeyd edək ki, ötən gün Fransa da 30 Rusiya diplomatını ölkədən çıxarıb. Daha əvvəl isə Rusiyanın 40 diplomatı Fransadan çıxarılmışdı.

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*