“Rusiya Donbas və Luqansk uğrunda böyük döyüş hazırlığını başa çatdırıb” – Sergey Qaydaybackend

"Rusiya Donbas və Luqansk uğrunda böyük döyüş hazırlığını başa çatdırıb" - Sergey Qayday

“Düşmən Donbas və Luqansk uğrunda böyük döyüş hazırlığını başa çatdırıb”.

KONKRET.az xəbər verir ki, bunu Luqansk Vilayət Administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

O bildirib ki, Rusiya Donetsk və Luqanska tam nəzarəti altına almaq üçün ciddi hazırlaşsa da Ukrayna qoşunları mübarizəni uğurla davam etdirirlər:

“Biz Rusiyanın Luqansk və Donetsk vilayətində böyük döyüş üçün hazırlığını bitirdiyini müşahidə edirik. Lakin biz də mübarizəmizi davam etdirirk. Dünən səhər saat 4-də Rubijnedə döyüş oldu. Müdafiəçilərimiz üçün hər şey yaxşı başa çatdı, biz düşmənin müdafiə xəttini yara bildik. Nəticədə bir neçə tank vurduq. Zirehli transportyorlar və 50-yə qədər düşməni məhv etdik”.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 44-cü günüdür. Bu gün Ukrayna Silahlı Qüvvələri Sumı əyalətini Rusiya işğalından azad edib.

 

KONKRET.az,

Vəsilə İbrahim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*