“Qərb özü də bilmədən Rusiyaya beynəlxalq maliyyə sistemini sarsıda biləcək güclü kozır verdi”.
KONKRET.az xəbər verir ki, politoloq Yuri Qorodnenko “Ren TV” üçün yazdığı məqalədə bu barədə qeyd edib:
“Qərb aprelin 7-də BMT-nin İnsan Hüquqları Şurasında Rusiyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı qərar qəbul edib. İndi Rusiyanın BMT-nin İqtisadi və Sosial Şurasından çıxarılması imkanını nəzərdən keçirir. Lakin ABŞ və Avropa İttifaqı Moskvanı bu qurumların işində iştirakdan məhrum etməklə Rusiyaya ciddi ziyan vurmur, əksinə ona sərbəstlik verir” – politoloq vurğulayıb.
Yuri Qorodnenko BMT-nin beynəlxalq ictimaiyyətin təhlükəsizliyini təmin etmək üçün yaradıldığına diqqət çəkib: “Bu səbəbdən təşkilatda yalnız Rusiyanın daimi üzvü olduğu Təhlükəsizlik Şurasının qüvvəsi var. Qalan strukturlar yardımçı funksiyaları yerinə yetirir. Bununla əlaqədar onların səlahiyyətlərinə yenidən baxıla bilər. Rusiya üçün bu bir fürsətdir” – o deyib.
“BMT-nin İqtisadi və Sosial Şurası ekspert məsləhət funksiyaları ilə yanaşı, hazırda Beynəlxalq Valyuta Fondunun (BVF), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) fəaliyyətini əlaqələndirir” – Qorodnenko yazıb.
Maraqlı məqam ondan ibarətdir ki, BMT Nizamnaməsində nə BVF-nin, nə də BYİB-in mövcudluğu öz əksini tapmayıb. Politoloq vurğulayıb ki, Rusiyanın bu maliyyə institutlarının fəaliyyətinin qanunsuzluğu ilə bağlı məsələ qaldırmağa bütün əsasları var. Rusiyanın İnsan Haqqları Komitəsindan çıxarılması barədə qətnamənin səsverməsi göstərdi ki, beynəlxalq aləmdə Moskvanın mövqeyini dəstəkləməyə hazır olan kifayət qədər müttəfiqləri var. Rusiya rəhbərliyi isə Qərbin “sayəsində” əlindəki kozırı oynamağa çalışsa, o zaman bütün beynəlxalq maliyyə sistemi hücuma məruz qalacaq. Bu isə o deməkdir ki, dünyanın ehtiyat valyutası kimi dollar avro və funt sterlinq eyni zərəri görəcək.
Müşviq Tofiqoğlu,
KONKRET.az
