Rusiya Ermənistan ordusunu bunlarla gücləndirəcək – Rus general AÇIQLADIbackend

Rusiya Ermənistan ordusunu bunlarla gücləndirəcək - Rus general AÇIQLADI

MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemi pilotsuz uçan aparatlarla mübarizə vasitələri ilə gücləndiriləcək.

KONKRET.az xəbər verir ki, bunu Rusiya HHM qüvvələrinin komandanı general-leytenant Yuri Qrexov deyib.

O, MDB-nin hava hücumundan müdafiə birləşmiş sisteminin inkişafı çərçivəsində normativ-hüquqi bazanın gələcəkdə işlənməsinin, eləcə də bu sahədə kadr hazırlığının həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Qrexov birləşmiş sistemdəki qüvvələrin növbəti məşqinin 2022-ci ildə keçiriləcəyini deyib.

Qeyd edək ki, MDB ölkələrinin hava hücumunda müdafiə birləşmiş sisteminə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan (KTMT üzvləri) və Özbəkistan daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*