Rusiya Ermənistandan rəsmi müraciət almayıbbackend

Rusiya Ermənistandan rəsmi müraciət almayıb

Rusiya İrəvandan Cənubi Qafqaz Dəmir Yolunun (YUKŽD) konsessiyasının verilməsi ilə bağlı heç bir rəsmi müraciət almayıb.

KONKRET.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

“Məsələnin özü hələ dərindən müzakirə olunmayıb. Heç bir rəsmi sorğu olmayıb”, – deyə Rusiyanın baş nazirinin müavini qeyd edib.

Məlumat üçün bildirək ki, “Cənubi Qafqaz Dəmir Yolu” (YUKŽD) “Rusiya Dəmir Yolları” (OAY “RZD”) Açıq Səhmdar Cəmiyyətinin 100 faizlik törəmə şirkətidir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*