Rusiya hərbçiləri Xarkovda marketi atəşə tutdu: Dörd ölü, 15 yaralıbackend

Rusiya hərbçiləri Xarkovda marketi atəşə tutdu: Dörd ölü, 15 yaralı

Rusiya hərbçiləri martın 6-da Xarkovda yerləşən marketə artilleriya zərbələri endiriblər.

KONKRET.az Segodnya.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorunun ofisindən məlumat verilib.

Hadisə nəticəsində dörd nəfər həlak olub, 15 nəfər yaralanıb. Akademik Valter küçəsində yerləşən “Xəzər” marketinə zərbə yerli vaxtla 12:00-da endirilib.

Faktla bağlı Xarkov vilayət prokurorluğu cinayət işi başladıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*