Rusiya İrlandiyaya NOTA VERDİ – SƏBƏBbackend

Rusiya İrlandiyaya NOTA VERDİ - SƏBƏB

Rusiya İrlandiyanın 4 rus diplomatının ölkəni tərk etmə tələbinə qarşı tədbir görüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.

Açıqlamada bunun “əsassız” və “dostluqdan kənar” bir addım olduğu qeyd edilib. İrlandiyanın Moskvadakı səfiri Brayan Makeldufun nazirliyə çağırılıb və ona nota verilib.

Nazirlik İrlandiyanı diplomatik münasibətlərə dair Vyana Konvensiyasına əməl etməyə və Rusiya diplomatik missiyasının ölkədəki “normal” fəaliyyəti üçün lazımi şəraiti təmin etməyə çağırıb.

Xatırladaq ki, İrlandiyanın Baş naziri Maykl Martin martın 29-da 4 rus diplomatından ölkəni tərk etmələrini tələb edib.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*