“Rusiya Moldova ərazisindən istifadə edir və Xersonda dinc əhaliyə divan tutur” – Ukrayna Baş Qərargahıbackend

"Rusiya Moldova ərazisindən istifadə edir və Xersonda dinc əhaliyə divan tutur" - Ukrayna Baş Qərargahı

“Rusiyanın Ukraynaya təcavüzü davam edir”.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmənin əsas səyi Donetsk və Luqansk rayonlarının ərazisinə tam nəzarətin ələ keçirilməsidir. Onlar dəniz, hava və quru bazasına qarşı raket silahlarından istifadə edir. İşğalçılar şəhərlərin müdafiə kompleksi obyektlərinə, logistika infrastrukturuna və yaşayış məhəllələrinə zərbələr endirir”.
Məlumatda bildirilir ki, Rusiya hərbi təminatını yaxşılaşdırmaq üçün Moldava ərazisindən istifadə edir:
“Düşmən eyni zamanda Cənubi Buzki istiqamətində taktiki mövqeyini yaxşılaşdırmağa çalışır. Həmin istiqamətdə təcavüzkar əməliyyata dəstək vermək üçün Transdnistrovsk- Moldova Respublikasının ərazisindən istifadə edir. Tiraspol Hava Limanında (Rusiyanın himayəsində olan Moldova ərazisi) təyyarələrin qarşılanmasına hazırlıq gedir”.
Baş Qərargah Rusiyanın hərbi əməliyyatlar üçün rus ordusuna muzdlu döyüşçülər cəlb etdiyini qeyd edib:
“Düşmən hərbi itkilərini kompensasiya etmək üçün digər ölkələrdən olan muzdluların Ukraynaya qarşı döyüşə cəlb edir. Lakin onların bu cəhdlərinin heç bir nəticəsi yoxdur. Rusiya ağır itkilər verir. Volın və Polşa istiqamətindən hücum təhlükəsi müşahidə edilmir. Rusiya qoşunlarının bir hissəsi Ukrayna-Belarus sərhədinə toplaşıb. Ehtimal olunur ki, bu da rus qoşunlarının yenidən qruplaşması və gücləndirilməsi məqsədilə düşünülüb. Rusiya Xarkovu mühasirəyə alıb və artilleriya atəşini davam etdirir.
Ruslar Donetsk istiqamətində taktiki mövqelərini yaxşılaşdırmağa çalışır. Onlar Popasna, Stepne, Novotoşkivski, Rubizne, Severodonetsk və Solodke qəsəbələri ərazilərində hücum əməliyyatlarını davam etdirir. Lakin heç bir uğur əldə edə bilmirlər. Rus işğalçıları beynəlxalq hüquqa əsasən qadağan olunmuş sursatlardan istifadəni davam etdirirlər.Mariupol yenə də atəşə tutulur. Hərbçilərimiz şəhəri qəhrəmanlıqla müdafiə edirlər. Ruslar Xerson rayonunun müvəqqəti işğal olunmuş ərazilərində mülki əhalimizə qarşı terroru davam etdirirlər. Oleksandrivka qəsəbəsi ərazisində döyüşlər davam edir.
Düşmən Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Dobryanka, Novovoznesenske və Trudol lyubivka yaşayış məntəqələrinə nəzarəti itirib.
Ötən gün Rusiyaya məxsus 8 qanadlı raket məhv edilib.Ukrayna hərbi aviasiyası işğalçılara qarşı əməliyyatları davam etdirərək onlara hava zərbələri endirib”.
Vəsilə İbrahim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*