Rusiya ordusu Ukraynanın Melitopol şəhərində yerləşən televiziya qülləsini ələ keçirib.
KONKRET.az Segodnya.Ua-ya istinadənxəbər verir ki, Rusiya tərəfi ələ keçirilən televiziya qülləsində öz texniki avadanlıqlarını yerləşdirib və hazırda şəhər və ətraf bölgələrdə Rusiya kanallarının yayımı həyata keçirilir.
Məlumatı Ukrayna Təhlükəsizlik Xidməti də təsdiq edib.
