Rusiya ordusu Nikolayev şəhərini ATƏŞƏ TUTDU – VİDEObackend

Rusiya ordusu Nikolayev şəhərini ATƏŞƏ TUTDU - VİDEO

Martın 7-də səhər saatlarından Rusiya qoşunları Ukraynanın Nikolayev şəhərini reaktiv yaylım atəşi sistemlərindən atəşə tutublar.

KONKRET.az UNİAN-a istinadən məlumatına görə, sakinlər bildirirlər ki, partlayış səsləri iki istiqamətdən şəhərin bütün rayonlarında eşidilib.

Sosial şəbəkələrdə bəzi ərazilərdə işıqların kəsildiyi bildirilir.

“Lifecell” operatoru ilə rabitə itib. Çox güman ki, zərbələrdən biri şəbəkə qülləsinə dəyib.

Rusiya qoşunlarının atəşə tutmasından sonra şəhərdəki vəziyyətlə bağlı görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Daha əvvəl şəhər rəhbərliyindən bildirilmişdi ki, Nikolayev üçün ən çox ehtiyac duyulan yardım dəbilqə və gülləkeçirməz jiletlərdir. Qeyd edilib ki, rusiyalılar şəhəri hər tərəfdən mühasirəyə alıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*