Rusiyanın Müdafiə Nazirliyi Suriyada may ayına təyin edilmiş prezident seçkiləri ərəfəsində seriya terror aktları və silahlı hücumlar törətməyə hazırlaşan qruplaşmaya güclü hava zərbələri endirildiyini bildirib.
KONKRET.az xəbər verir ki, Rusiyanın “Orion” pilotsuz təyyarəsi Palmira rayonunda yaraqlıların maskalanmış bazasını aşkar edib.
Bazaların İŞİD özəkləri olduğu bildirilib. Su-34 təyyarələri ilə endirilən bomba zərbələri nəticəsində azı 200 yaraqlının öldürüldüyü, çoxsaylı texnikanın sıradan çıxarıldığı açıqlanıb.
Suriyada qarşıduran tərəfləri barışdırmaq üzrə Mərkəzin rəhbər müavini Aleksandr Karpov bildirib ki, hava zərbələri nəticəsində 500 kiloqrama yaxın partlayıcı maddə və üzərində pulemyotlar quraşdırılmış onlarla “pikap” da məhv edilib.
