Rusiya proqram təminatı yüklənməyən smartfon və kompüterlərin satışı qadağan olundu.backend

Rusiya proqram təminatı yüklənməyən smartfon və kompüterlərin satışı qadağan olundu.

Rusiya prezidenti Vladimir Putin Rusiya proqram təminatı yüklənməyən smartfon və kompüterlərin satışının qadağan edilməsi barədə qanun layihəsini təsdiqləyib.

KONKRET.AZ xarici mediaya istinadən xəbər verir ki, qanuna görə, 1 iyul 2020-ci ildən etibarən Rusiyada satılan bütün smartfon, kompüter, “smart-TV” funksiyalı televizorlar və bir sıra digər qurğulara mütləq Rusiya proqram təminatı yüklənməlidir. Qanuna əməl etməyən şirkətlər üçün ağır cərimələr tətbiq olunması nəzərdə tutulur.

Rusiya rəsmiləri, qanunun ölkənin İT şirkətlərini daha rəqabətli hala gətirəcəyini və istehlakçı hüquqlarını qoruyacağını iddia edir. Bəzi ekspertlər isə qanunun Rusiyanın İT sektorunda qarışıqlığa səbəb olacağını bildirir.

Dünya texnologiya nəhəngləri bu qanunun qəbul olunmaması üçün çağırış etmişdi. Yandex, Mail.ru gibi rus texnoloji şirketleri dəstək versə də, Apple, Samsung ve Huawei kimi nəhəng şirkətlər qanunun qəbul olunmasına qarşı çıxmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*