“Rusiya qoşunlarını Ukraynanın bu hissəsindən ÇIXARIR” – Britaniya kəşfiyyatıbackend

"Rusiya qoşunlarını Ukraynanın bu hissəsindən ÇIXARIR" - Britaniya kəşfiyyatı

“Rusiya Ukraynanın şərq və cənubdakı şəhərlərini atəşə tutmaqda davam edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının yaydığı məlumatda bildirilir.

Kəşfiyyat qeyd edib ki, rus qoşunları Ukraynanın şimalından çıxaraq tamamilə Belarus və Rusiyaya çəkilib:

“Bu qüvvələrin bir hissəsi Donbasda döyüşmək üçün Ukraynanın şərqinə yerləşdiriləcək. Rusiya hərbi qüvvələrini şərq hissəyə yerləşdirməzdən əvvəl gücləndirməlidir. Bu səbəblə də yerləşdirilmə azı bir həftə vaxt aparacaq”.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Bu gün müharibənin 44-cü günüdür. Rusiya heç bir ciddi uğur əldə edə bilməyib. Ukrayna işğal altında olan ərazilərindən rus hərbçilərini qovmaqda davam edir. Bu gün Sumı əyaləti işğaldan azad edilib.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*