Rusiyanın sərnişin təyyarələri Finlandiyanın hava məkanını pozub.
KONKRET.az xəbər verir ki, bu barədə Finlandiya Mərkəzi Polisi məlumat yayıb.
Finlandiya polisinin məlumatına görə, bütün insidentlər 2 dəqiqəyə qədər davam edib və mart ayında qeydə alınıb.
Finlandiya qanunvericiliyinə görə, sanksiyaların pozulması cərimə və ya iki ilə qədər həbslə nəticələnə bilər.
